Ru
22:26 / 05 İyun 2026

Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO

Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO
Eye

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.


Bakupost.az “TodayPress” TV-yə istinadən xəbər verir ki, səfər çərçivəsində Q.Qurbanov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Qurban Qurbanov ziyarət zamanı "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Qeyd ədək ki, Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, "Qarabağ" klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar