Müğənni Rahidə Baxışova etirafı ilə diqqət çəkib.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, sənətçinin qurduğu biznesi uğursuz olub.
O, bu barədə "Bir gün" verilişində danışıb:
“Uşaq geyimləri mağazası açmışdım. Sənət adamlarının ikinci işi, biznesi olmalıdır. İş olmayanda başqa mənbə olmalıdır ki, gəlir əldə edə biləsən. Amma demək olar ki, müflis oldum".