Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilib.
Bakupost.az xəbər verir ki, konfransda sədr seçkisi baş tutub.
Konfrans iştirakçılarının böyük əksəriyyətinin səsini alan Əil İsa Cabbarov AKİ-nın yeni sədri seçilib.
Sədr postuna digər namizəd xalq artisti Şəfiqə Məmmədova konfransda iştirak etməyib.
Qeyd edək ki, AKİ sədri, xalq artisti Rasim Balayev 29 martda dünyasını dəyişib.
Asena,
BakuPost