Ru
17:05 / 05 Yanvar 2026

Rauf Abdullayev evə buraxıldı

Rauf Abdullayev evə buraxıldı
Eye

Məşhur dirijor, professor Rauf Abdullayevin son durumu açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.

O bildirib ki, Rauf Abdullayev ambulator müalicə üçün evə buraxılıb:

"Rauf Abdullayev ayağından əməliyyat olunmuşdu. Sözügedən əməliyyatdan sonra yara yerində infeksiya müşahidə edilmişdi, şəkəri və arterial təzyiqi çox yüksək idi. Bakı Sağlamlıq Mərkəzində müalicələri aparıldı, infeksiyanın qarşısı alındı. Səhhəti yaxşılaşdı və bundan sonra Reabilitasiya Mərkəzinə göndərildi. Artıq vəziyyəti yaxşı olduğuna görə bir müddət öncə ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, oktyabrın 28-də Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar