Ru
18:49 / 25 Avqust 2026

Regionun ən böyük məscidlərindən biri Laçında tikilir - DETALLAR

Regionun ən böyük məscidlərindən biri Laçında tikilir -  DETALLAR
Eye

Laçın şəhərində böyük məscid kompleksi inşa olunur.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, məscid Laçın şəhərinin mərkəzi hissəsində tikilir.

Müasir memarlıq üslubunda inşa olunan məscid üç mərtəbə, bir minarə və namazgah otaqlarından ibarətdir. Məscidin binasının tikinti işləri artıq tamamlanıb.

Hazırda minarənin tikintisində tamamlanma işləri görülür. Heydər Əliyev Fondunun maliyyəsi ilə inşa olunan məscidin bu ilin sonunda istifadəyə veriləcəyi bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar