Ru
18:05 / 17 Avqust 2026

“RehaPoint” Məntəqəsində 4300-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

“RehaPoint” Məntəqəsində 4300-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı davam etdirilir.

"Bakupost" xəbər verir ki, 2023-cü ilin dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 4318 şəxsə xidmətlər göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.

Məntəqədə ötən dövrdə əlilliyi olan 415 şəxsə isə ehtiyaclarına uyğun olaraq 10500-dən çox reabilitasiya vasitəsi verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar