Dünən axşam Ərdəbil və Təbriz şəhərlərinin səmasında parlayan işıqların videoları sosial şəbəkələrdə paylaşılıb.
Bakupost.az xəbər verir ki, bununla əlaqəli “Fararu” saytı yazıb ki, bu işıqlar “Starlink” peykləri ilə bağlıdır.
Məlumata görə, İranda hökumətin interneti məhdudlaşdırmaq cəhdlərinə cavab olaraq, minlərlə “Starlink” qəbuledicisi işə salınıb. Bu addım vətəndaşların internetə çıxışını təmin etmək və kommunikasiya azadlığını qorumaq məqsədi daşıyır.
“X” sosial şəbəkəsindəki yazılan statuslarda deyilir ki, İran rejimi internetə məhdudiyyətlər qoysa da, milyarder İlon Mask özünün “Starlink” peyk rabitə sistemini aktivləşdirmək qərarına gəlib.
“Starlink” – ABŞ-nin “SpaceX” şirkətinə aid peyk internet şəbəkəsidir. Bu sistem dünyanın müxtəlif bölgələrinə sürətli və fasiləsiz internet bağlantısı təmin edir, xüsusilə yerli internetin kəsildiyi və ya zəif olduğu yerlərdə geniş istifadə olunur.
Cavid, BakuPost