Ru
02:09 / 12 Avqust 2025

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi
Eye

Ermənistandan fərqli olaraq, Azərbaycanda Vaşinqton razılaşmasıyla bağlı konsensus var. Ortaq bəyanatda bir çox tələbimiz əks olunub. Bu sıraya Minsk Qrupunun ləğvini, Zəngəzur dəhlizinin açılmasını, 907-i düzəlişin dondurulmasını və digələrini aid edə bilərik.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bəyanatda Ermənistan və Azərbaycanın bir-birinə qarşı qarşılıqlı iddialardan imtina etmək məsələsi də var:

“Yəni Ermənistanın 30 ildə törətdiklərinə görə təzminat tələbindən imtina etmək! Bu, sosial şəbəkələrdəki müzakirələrdə birmənalı qarşılanmır. Aydındır ki, əldə etdiklərimizin qarşılığında biz də nəyisə güzəştə getməliydik. Ermənistan sülh sazişində göstərilən bəndləri yerinə yetirməkdə tərəddüd edərsə, biz yenidən təzminat tələbimizə qayıda biləcəyik. Hər halda bu mövzu ətrafında sağlam polemikaya ehtiyac var”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar