Ru
12:56 / 24 Noyabr 2026

Rəsmi İrəvan 13 səfiri geri çağırdı: Nə baş verir?

Rəsmi İrəvan 13 səfiri geri çağırdı: Nə baş verir?
Eye

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 13 ölkədəki səfirlərin geri çağırılması barədə fərman imzalayıb.

“Bakupost” xəbər verir ki, müvafiq sənədlər prezidentin rəsmi saytında dərc olunub.

Geri çağırılanlar arasında Bolqarıstan, İsrail, Şimali Makedoniya, Yunanıstan, Albaniya və Niderlanddakı səfirlər, eləcə də Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı nümayəndələr var.

Bundan əlavə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndə və Ermənistanın NATO-dakı missiyasının rəhbəri də geri çağırılıb.

Bu qədər səfirlərin, (özü də yalnız Avropa və Amerika qitəsindən olanlar) geri qağrılması təsadüfdür, prosedur qaydalarından irəli gələn haldır, yoxsa nəsə baş verir?

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, geri çağırılanların əksəriyyəti 4 il bundan öncə, Paşinyanın dövründə səfir təyin olunanlardır:

“Bu da onu göstərir ki, geri çağırılan səfirlərin sayı çox olsa da, bu sadəcə olaraq, planlı rotasiyadır. Ermənistan kimi ölkələrdə adətən səfirlər, 2, 3 ildən bir, maksimum 4 ildən bir dəyişdirilir. Geri çağırılanlar arasında keçmiş hakimiyyətin nümayəndələri yoxdur. Onlardan heç biri antipaşinyan mövqeyilə çıxış etməyib. Ona görə də fikrimcə bu sadəcə olaraq rotasiya qaydasında atılan bir prosesdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar