“Reuters” agentliyində səkkiz il çalışan fotojurnalist Valeri Zink agentliyi İsrailin Qəzza zolağındakı hərbi cinayətlərinə haqq qazandırmaqda ittiham edərək istefa verib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
Zink özünün "Facebook" səhifəsində agentliyin cırılmış vəsiqəsinin fotosunu paylaşaraq bildirib ki, “Reuters”in materialları cəzasızlıq atmosferinə xidmət edir və artıq 273 jurnalistin həyatına son qoyulub. O xatırladıb ki, İsrail bəzi jurnalistləri, o cümlədən Pulitser mükafatçısı Ənəs əl-Şərifi, heç bir sübut təqdim etmədən HƏMAS-la əlaqədə ittiham edib.
Zink agentliyin rəhbərliyinin avqustun 19-da İsrailin Qəzzadakı Nasser xəstəxanasına endirdiyi zərbələr nəticəsində yaralanan işçilərinə qarşı biganəliyini də vurğulayıb. Jurnalistin sözlərinə görə, o, digər Qərb KİV-ləri kimi, əldə edilən məlumatı yoxlamadan “İsrail təbliğatı” dərc edən “Reuters”in mətbuat kartını taxmağa utanır.
Lalə,
BakuPost