Ru
02:18 / 09 Avqust 2025

Revanşistlər yasda: "İmzalanan sənədlərdə "Artsax"ın adı çəkilmir"

Revanşistlər yasda: "İmzalanan sənədlərdə "Artsax"ın adı çəkilmir"
Eye

Azərbaycan və Ermənistan rəhbərliyi Ağ Evdə jurnalistin ermənilərin Qarabağa qayıtması barədə sualı cavabsız qoyublar.

Bakupost az xəbər verir ki, Ermənistan KİV bu məsələyə xüsusi diqqət ayırıb.


"Jurnalist iki liderdən soruşub ki, erməni əhalisinin Qarabağa qayıtmasına icazə verəcəklərmi? Sualın ikinci hissəsi Trampın namizədliyinin Nobel Sülh mükafatına irəli sürülməsi ilə bağlı olub. Paşinyan və Əliyev sualın birinci hissəsindən yan keçib və yalnız Nobel mükafatı ilə bağlı hissəsinə cavab veriblər", - deyə "Novosti Armenia" yazıb.

Sayt əlavə edib ki, Paşinyan sözü Əliyevə verib və Azərbaycan rəhbəri də suala cavab verməyib.

"Qeyd edək ki, imzalanan sənədlərdə "Artsax"ın adı keçmir", - deyə erməni saytı bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar