Ru
18:52 / 27 Sentyabr 2025

Rihanna gizlincə nikaha girib?

Rihanna gizlincə nikaha girib?
Eye

Məşhur müğənni və biznes-ledi Rihanna ilə reper A$AP Roski bir daha pərəstişkarlarını maraqda saxlayıb. Sənətçi yaxın zamanda verdiyi müsahibədə onların artıq rəsmi nikaha girə biləcəklərinə eyham vurub.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, jurnalist reperdən Rihannanın hələ nə vaxt gəlinlik geyinəcəyini soruşduqda, A$AP Roski təbəssümlə “Sən hardan bilirsən ki, mən hələ evli deyiləm? Onsuz da bunu təsdiqləməyəcəyəm,” – deyə zarafatla bildirib.

Rihanna və A$AP Roskinin evliliyi ilə bağlı şayiələr ilk dəfə deyil ki, gündəmə gəlir. 2022-ci ildə reper “D.M.B.” klipində sevgilisinə “Marry Me?” (“Mənimlə evlənərsən?”) yazılı qızıl qrilzlə təklif etmiş, Rihanna isə “I Do” (“Bəli”) yazısı ilə cavab vermişdi. O vaxt bəzi mənbələr bunun real toy xəbəri olduğunu iddia etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar