Dünyaca məşhur müğənni Rihanna Türkiyədə onun adına bənzər şəkildə qeydiyyatdan keçirilən “RIANNA” markasına qarşı açdığı məhkəmə işini qazanıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçinin öz markasını Türkiyədə satışa təqdim etməsindən sonra “RIANNA” adlı yerli markanın mövcudluğu aşkarlanıb. Rihanna tərəfi markaların adlarının bir-birinə çox bənzədiyini və istehlakçıların onları qarışdıra biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib.
Məhkəmədə “RIANNA” markasının sahibi adın ərəb mənşəli olduğunu və “gözəl qoxu” mənasını verdiyini bildirərək iddiaya etiraz edib.
Lakin məhkəmə yazılışdakı kiçik fərqə baxmayaraq, iki markanın istehlakçılar tərəfindən qarışdırıla biləcəyi qənaətinə gəlib. Nəticədə “RIANNA” adına verilmiş marka qeydiyyatının ləğv edilməsinə qərar verilib.