Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Levon Köçəryan Xocalı qatili olan atası, ikinci prezident Robert Köçəryanın həbsxana şəraiti və səhhəti ilə bağlı açıqlama verib.
"Bakupost" xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Levon Köçəryan bildirib ki, atasını avqustun 31-də, ad günündə ziyarət edib və hazırda o, təkadamlıq kamerada saxlanılır.
Deputat qeyd edib ki, Robert Köçəryan təxminən 20 gün əvvəl ürək əməliyyatı keçirib və bundan sonra bir ay müddətində həkim nəzarətində olmalı idi.
Lakin bu rejim pozulub və nəticədə müəyyən problemlər yaranıb, digər məsələlərdə isə hər şeyin normal olduğu bildirilir.
Onun sözlərinə görə, Robert Köçəryanı yaxın qohumları ziyarət edə bilər, lakin deputatın qardaşı Sedrak Köçəryanla görüşmək hüququ yalnız həyat yoldaşı və uşaqları ilə məhdudlaşdırılıb.