Ru
09:38 / 05 İyun 2026

Robert Köçəryanla bağlı sevindirici xəbər - RƏSMİ

Robert Köçəryanla bağlı sevindirici xəbər  - RƏSMİ
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın həbsi ilə bağlı anons verib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, Paşinyan bu barədə televiziyanın efirində bildirib.

O qeyd edib ki, Köçəryan məhkəmə və hüquq sistemindəki əlaqələri sayəsində məsuliyyətdən yayınır.

Baş nazirin sözlərinə görə, seçkilərdən dərhal sonra keçmiş prezident barəsində hüquqi proseslər sürətləndirilməlidir.

“Robert Köçəryan çox tez bir zamanda və uzun müddətə həbsxanaya düşməlidir”, – Paşinyan vurğulayıb.

O, həmçinin iddia edib ki, Köçəryanı məsuliyyətdən qoruyan qüvvələr ölkədə formalaşmış “məhkəmə və hüquq mafiyasıdır”.

Qeyd edək ki, Robert Köçəryan Xocalı soyqırımında və Azərbaycana qarşı törədilmiş digər müharibə cinayətlərində ittiham olunur. O, eyni zamanda Ermənistanda 2008-ci ilin mart hadisələrinə görə məsuliyyət daşıyan əsas fiqurlardan biri hesab edilir.

Şərhlər
  • Firdovsi Orucov

    Yaxşı olar ki,həbs müddətini Azərbaycanda keçirsin.İndidən hüquqi prosedurlar həyata keçirib,onun ölkəmizə ekstradasiyasını tələb etmək lazımdır.Köçəryan Azərbaycan vətəndaşıdır.Törətdiyi cinayətlərə görə cəzanı da,vətəndaşı olduğu ölkədə çəkməlidir.

  • Roma

    Müəyyən qədər inanmaq istərdim ki, Nikol Paşinyan düzgün siyasi kurs götürür, belə ki, iki dövlət arasında sülh istəyi, qarşılıqlı anlaşma şəraitində görüşlər və s... əlbəttə hələ həll olunası çoxlu məsələlər var, ancaq yenədə müəyyən inamlar var ki, mehriban yaşayacağıq...

  • B.Qarabağlı

    Seçkiyə bir-iki gün qalmış nəinki illərlə tandem olmuş iki dövlətin Demokrat Kapitalına, eləcə də, elə həmin liderin əsarətində 33 il qalmış 3cü dövlətin haqlı-hüquqi gücünə, Zəfərinə 1918ci ildən rəsmən Xalq-Demokrat imicinə aciz-təslimçilik tarixi yazar? Xalqın seçimindən sonra istər Kremlin, istər rəsmi Bəkinin hansısa təvazökar, ya digər münasibətləri bəyan edilər??? Heç bir həbs şad xəbər deyil!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar