Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından sevilən “Uzaqlıq” mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
"Bakupost" xəbər verir ki, musiqisi Eldar Mansurov, sözləri Vahid Əzizə məxsus olan mahnıya Röya klip də çəkdirib. Yay ab-havalı, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda görünüb.
Klipin rejissoru Delee Orucludur.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova mahnını 1989-cu ildə oxuyub.