Xalq artisti Röya Ayxan tiktoker İlduzə Hacıyevanın həbs olunmasına münasibət bildirib.
"Bakupost" Azxeber.com-a istinadla xəbər verir ki, iki gün əvvəl avtomobil qəzası ilə bağlı aylardır davam edən məhkəmə prosesi çərçivəsində tiktoker İlduzə Hacıyeva həbs edilib.
Onun həbsindən sonra atası məhkəmə binasının qarşısında göz yaşlarını saxlaya bilməyib. Həmin anları əks etdirən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Videonu izləyən Xalq artisti Röya Ayxan paylaşımın şərh bölməsində duyğularını belə ifadə edib:
"Ay Allahım, məni ağlatdı... Allah köməkləri olsun".