Ru
11:30 / 14 Avqust 2026

Röyanın Yaban Sea Breeze konserti maraqla qarşılandı – Növbəti çıxışının tarixi açıqlandı - Video

Röyanın Yaban Sea Breeze konserti maraqla qarşılandı – Növbəti çıxışının tarixi açıqlandı - Video
Eye

13 Avqust tarixində Xalq artisti Röya Ayxan, Yaban Sea Breeze səhnəsində möhtəşəm konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. “Pop kraliça” keçmişdən bu günə qədər sevilən hitlərini səsləndirməklə yanaşı, repertuarına yeni əlavə etdiyi 3 mahnısını da ilk dəfə tamaşaçılarla bölüşüb.

"Bakupost" xəbər verir ki, gecə boyu səhnə obrazı və enerjisi ilə diqqət mərkəzində olan Röyanı canlı ifalar zamanı peşəkar musiqiçilər müşayiət edib. Sənətçinin möhtəşəm performansı, səhnə şousu və sevilən mahnıları Yaban Sea Breeze-də toplaşan çoxsaylı tamaşaçılara unudulmaz anlar yaşadıb.

Lakin gecənin ən çox danışılan məqamlarından biri tamaşaçıların Röyanı yenidən Yaban Sea Breeze səhnəsində görmək istəyinə çevrildi. Çoxsaylı tamaşaçıların tələbləri nəzərə alınaraq, Röya Ayxanın növbəti konsert proqramı 30 Avqust 2026-cı il tarixində Yaban Sea Breeze-də baş tutacaq.

Beləliklə, yay mövsümünün ən çox gözlənilən konsertlərindən biri yenidən Yaban Sea Breeze-də olacaq.

Qeyd edək ki, "Yaban" şəbəkəsinin filialları paytaxtın müxtəlif yerlərində - Baki bulvarı ərazisində, Su İdmanı Sarayı, həmçinin Dövlət Bayrağı Meydanı yaxınlığında, Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsində, Xətai rayonunda Sabit Orucov küçəsində, Mərdəkanda, Nəsimi rayonu, Maqsud Əlizad küçəsi 50-də və See Breeze-də fəaliyyət göstərir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar