Mədəniyyət naziri Adil Kərimli müğənni Roza Zərgərlini qəbul edib.
"Bakupost" xəbər verir ki, ifaçı bu barədə instaqramda bildirib.
"Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Adil Kərimlinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində cənab nazirin qonağı oldum. Gələcəkdə reallaşdırmağı planlaşdırdığımız layihələr barədə ətraflı fikir mübadiləsi apardıq. Nazirliyin və hörmətli Adil müəllimin təşəbbüsü ilə maraqlı işlərin ərsəyə gələcəyinə əminəm. Dövlətimizin incəsənətə göstərdiyi diqqət və qayğı məni qürurlandırır. Göstərilən etimada görə dərin minnətdarlığımı bildirirəm", - deyə, R.Zərgərli qeyd edib.