Ru
19:15 / 19 Avqust 2025

Rubio Fidanla Bakı və İrəvan arasında sülh prosesini müzakirə etdi

Rubio Fidanla Bakı və İrəvan arasında sülh prosesini müzakirə etdi
Eye

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin Rusiya və Ukrayna arasında sülh danışıqları, Suriyada vəziyyətin sabitləşdirilməsi üçün səylərin davam etdirilməsi və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət məşvərət xarakteri daşıyıb və regionda münaqişələrin həlli istiqamətində səylərin əlaqələndirilməsinə yönəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar