Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında Manilada görüş baş tutub.
"Bakupost" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüş 35 dəqiqə davam edib.
Qeyd edək ki, ABŞ Dövlət katibinin cədvəlinə əsasən, onun rusiyalı nazirlə görüşünə təxminən yarım saat vaxt ayrılıb. Hələlik görüşlə bağlı əlavə məlumat açıqlanmayıb.