Ru
20:20 / 22 May 2026

Rubio Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dayandırıldığını bildirdi

Rubio Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dayandırıldığını bildirdi
Eye

"Hazırda Moskva, Vaşinqton və Kiyev arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparılmır. Bununla belə, ABŞ diplomatik prosesdə vasitəçilik etməyə hazırdır".


Bakupost.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio İsveçdə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki danışıqlar nəticə verməyib.

"Biz bu rolu oynamağa davam etməyə hazırıq. Əgər bunu başqa kimsə etmək istəyirsə, qoy etsin. Amma görünür, hazırda dünyada bununla məşğul ola biləcək başqa heç kim yoxdur", - deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

Marko Rubio, həmçinin qeyd edib ki, ABŞ heç bir nəticə verməyən sonsuz görüşlər silsiləsində iştirak etməkdə maraqlı deyil. O bildirib ki, Ukraynadakı münaqişənin hərbi həlli yoxdur.

"Bu müharibə yalnız danışıqlar yolu ilə başa çata bilər. O, tərəflərdən birinin hərbi qələbəsi ilə yekunlaşmayacaq", - deyə Rubio əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar