Ru
23:37 / 03 İyun 2026

Rubio TRIPP-dən danışdı - “Yeni imkanlar yaradacaq”

Rubio TRIPP-dən danışdı - “Yeni imkanlar yaradacaq”
Eye

“TRIPP (“Tramp marşrutu”) layihəsi Azərbaycan və Ermənistan üçün yeni imkanlar yaradacaq”.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibi bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.

Rubio çıxışında ABŞ xarici siyasət idarəsinin son 16-17 aylıq fəaliyyətini uğurlu adlandırıb:

“Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu – TRIPP-i yaradan memorandumla yekunlaşıb”.

Dövlət katibi rəsmi Vaşinqtonun qlobal miqyasda digər münaqişələrin həllindəki vasitəçilik rolunu da xatırladıb. O, Hindistan və Pakistan arasındakı gərginliyin böyüməsinin qarşısının alındığını, Tailand və Kamboca arasındakı problemlərin nizamlandığını, həmçinin Qəzzada müharibənin başa çataraq bütün girovların azad edildiyini vurğulayıb.

Qeyd edək ki, sözügedən regional layihə istiqamətində artıq ilk hüquqi addımlar atılıb. Belə ki, mayın 26-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar