“Prezident Tramp sülh prezidentidir”.
“Bakupost” xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio bu barədə “X” hesabında paylaşım edib:
“Düz bir il əvvəl bu gün o, Ağ Evdə keçirilən tarixi görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi. Ermənistanın Baş naziri Paşinyan və Azərbaycan Prezidenti Əliyev hər iki xalq üçün tarixi sıçrayış olan Birgə Bəyanat imzaladılar”.
Məlumat üçün bildirək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində tərəflər sülh müqaviləsinin mətnini paraflamış və nəqliyyat kommunikasiyalarının açılmasına dair birgə bəyanat imzalamışdılar.