Ru
22:34 / 04 İyun 2026

Rumıniyada yeni baş nazir TƏYİN EDİLDİ

Rumıniyada yeni baş nazir TƏYİN EDİLDİ
Eye

Rumıniya Prezidenti baş nazir postuna Eujen Tomakı təyin edib.

Rumıniya Prezidenti Nikuşor Dan baş nazir postuna Eujen Tomakın namizədliyini irəli sürüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

"Hökuməti formalaşdırmaq üçün Eujen Tomakı baş nazir postuna təyin edirəm", - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı bəyan edib ki, parlament baş nazir İliye Bolojan hökumətini istefaya göndərdikdən sonra koalisiyadakı partiyalar ortaq məxrəcə gələ bilməyiblər, buna görə də o, müstəqil namizədi seçib. Danın sözlərinə görə, Tomak bu vəzifə üçün lazımi təcrübəyə və dəyərlərə malikdir.


"Mən ölkəyə vətəndaşların rifahı naminə çalışacaq peşəkar hökumət komandası təqdim etmək missiyasını tam məsuliyyətlə üzərimə götürürəm", — deyə Tomak qeyd edib.

Yeni baş nazir əmin edib ki, kabinet büdcəni məsuliyyətlə idarə edəcək, götürülmüş öhdəlikləri yerinə yetirəcək və insanların maraqlarını öz fəaliyyətinin mərkəzinə qoyacaq.

Mənbənin yazdığına görə, hökuməti formalaşdırmaq və etimad səsverməsini təmin etmək üçün onun 10 gün vaxtı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar