2025 ci ilin son günlərində Rusiyanın “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlarda mülki obyektlərlə bərabər birbaşa insanlar da hədəfə alınır.
Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən hücumda rus PUA-sı avtobus dayanacağına çırpılıb. Nəticədə bir neçə nəfər ciddi xəsarətlər alıb. Belə ki, 31 yaşlı şəxs sağ bud və ayaq barmaqlarından yaralanıb. 46 yaşlı kişi isə başından və belindən xəsarət alıb. 44 yaşlı qadında beyin silkələnməsi və kontuziya meydana gəlib. 24 yaşlı gəncin başı, dizi əzilib, üz və əl barmaqları yanıb. Başqa bir qadın da bədənindən yaralanıb.
Hadisə yerinə dərhal xilasedici və təcili yardım briqadaları çağırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Rəsmi mənbələr hadisənin qəsdən törədildiyini qeyd edib.
Cavid, BakuPost