Ru
18:27 / 31 İyul 2026

Rusiya benzin ixracına qadağanı uzatdı

Rusiya benzin ixracına qadağanı uzatdı
Eye

Rusiya hökuməti benzin ixracına tətbiq edilən müvəqqəti qadağanı 31 yanvar 2027-ci ilədək uzadıb.

“Bakupost” xəbər verir ki, bu barədə Rusiya hökumətinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, qərar daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədilə qəbul edilib. Bununla yanaşı, istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağı 1 sentyabrdan etibarən tətbiq edilən məhdudiyyətlərdən azad olunacaq.

Bildirilib ki, hökumətlərarası beynəlxalq sazişlər çərçivəsində həyata keçirilən yanacaq tədarükü də qadağadan kənar saxlanılacaq.

Qeyd edək ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına hücumlarından sonra ölkədə bir sıra müəssisələr təmirə bağlanıb və bəzi bölgələrdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar