Ru
15:00 / 28 Mart 2026

Rusiya bizim dost ölkəmizdir! - Paşinyan

Rusiya bizim dost ölkəmizdir! - Paşinyan
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Malatiya bazarında vətəndaşlarla görüş zamanı yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirib.

Bakupost.az xəbər verir ki, görüş zamanı qadın vətəndaş Rusiyada qohumlarının olduğunu deyərək Paşinyandan bu ölkə ilə münasibətləri korlamamağı xahiş edib.

“Nə danışırsınız? Mən tezliklə Rusiyaya gedirəm. Hansı düşmənlik? Rusiya bizim dost ölkəmizdir,” – deyə Paşinyan narahatlıqlara cavabında deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar