Ru
23:19 / 03 İyun 2026

Rusiya bu hücumlardan narahatdır - Zaxarova

Rusiya bu hücumlardan narahatdır - Zaxarova
Eye

Rusiya ABŞ və İran arasında bölgədə genişmiqyaslı münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək hücumlardan narahatdır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bizdə olan məlumata görə, iyunun 2-də Fars körfəzində yerləşən Amerika qüvvələri İranın Qeşm adasında yerləşən radarlara və PUA idarəetmə mərkəzlərinə hücum edib. Amerika blokadasını pozub Xark adasına doğru irəliləməyə çalışan İran neft tankerinə də hücum edilib. İyunun 3-ü gecəsi iranlılar bu aqressiv hərəkətlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının komandanlıq mərkəzinə, eləcə də Küveytdəki Əli əl-Salim və Arifcan hərbi bazalarına raket hücumu ilə cavab veriblər. Bundan əlavə, Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalına hücum edilib.

ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü nəticəsində Fars körfəzində genişmiqyaslı hərbi-siyasi münaqişənin yenidən başlamasına səbəb ola biləcək bu gedişatdan son dərəcə narahatıq", - Zaxarova qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar