Ru
14:41 / 10 Oktyabr 2025

Rusiya daha bir qırıcısını itirdi

Rusiya daha bir qırıcısını itirdi
Eye

Rusiyanın Lipetsk vilayətində MiQ-31 tipli qırıcı təyyarə eniş zamanı qəzaya uğrayıb.

Bakupost.az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə dünən Moskva vaxtı ilə saat 19:20 radələrində baş verib.

Təyyarə sursatsız planlı təlim uçuşunu yerinə yetirdikdən sonra eniş edib və yaşayış olmayan əraziyə düşüb.

Məlumata görə, ekipaj üzvləri təyyarə yerə çırpılmazdan əvvəl katapult vasitəsilə təyyarəni tərk ediblər.

Nazirlik pilotların həyatına təhlükə olmadığını açıqlayıb.

MiQ-31 ikioturacaqlı, uzaq mənzilli, səsdən sürətli qırıcı təyyarədir. O, əsasən bombardmançı təyyarələri və qanadlı raketləri aşkar edib məhv etmək üçün nəzərdə tutulub. Təyyarə 3000 km/saat sürət yığa və 21 min metr hündürlüyə qalxa bilir.

Qeyd edək ki, Lipetskdəki qəza bu il Rusiya Hərbi Hava Qüvvələrinin dördüncü qeyri-döyüş itkisidir.

Xatırladaq ki, mart ayının sonunda Primorye vilayətində təlim uçuşu zamanı Su-25 tipli hücum təyyarəsi, apreldə İrkutsk vilayətində planlı uçuş həyata keçirən Tu-22M3 tipli bombardmançı-raketdaşıyan təyyarə, iyulda isə Nijni Novqorod vilayətində planlı təlim uçuşu zamanı Su-34 tipli qırıcı-bombardmançı qəzaya uğramışdı.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar