Ru
16:05 / 19 Sentyabr 2025

Rusiya Danimarkanı nüvə təhdidində ittiham etdi

Rusiya Danimarkanı nüvə təhdidində ittiham etdi
Eye

Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin Danimarka siyasətinin “sürünən erroziyasından” danışıb.

Bakupost.az xəbər verir ki, buna səbəb Danimarka ilə ABŞ arasında yayda bağlanan sazişdir. Sülh dövründə ölkədə nüvə silahının yerləşdirilməyəcəyi barədə bənd sazişin mətnindən çıxarılıb.

10 il müddətinə nəzərdə tutulan sənəd ABŞ-a öz ordusunu Karup, Skridstrup və Aalborq bazalarında daimi yerləşdirməyə, həmçinin ölkədə silah saxlamağa imkan verəcək. Eyni zamanda, Barbin iddia edir ki, Danimarka amerikalıların ölkə ərazisinə hansı silahları gətirəcəyinə nəzarət etməyəcək.

Həmçinin, onun sözlərinə görə, Kopenhagendə "Böyük Britaniya və Fransanın nüvə qarşısıalınması qüvvələrinin saxlanması üçün Danimarka büdcəsindən pul ödəmək imkanına qədər müxtəlif ekstravaqant ideyalardan" danışılır. Diplomatın fikrincə, bu, “Rusiyaya Danimarkanın öz təhlükəsizliyinə təhdidlərə nüvə silahından istifadə etməklə cavab verməyə qadir olduğunu nümayiş etdirmək” üçün edilir.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar