“Rosselxoznadzor” bir sıra müəssisədə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının Rusiyaya idxalını qadağan edib.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Məlumata görə, iyulun 14–21-də bir sıra müəssisədə aparılan yoxlamalar zamanı Rusiyaya ixrac olunan süd məhsullarının istehsalında yoluxmuş heyvanlardan əldə edilən südün istifadə olunduğu müəyyən edilib.
“Aşkar edilmiş pozuntuları nəzərə alaraq, Rusiyaya xüsusi təhlükəli infeksiyaların daxil olmasının və daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlər görülüb. Bu hadisə Ermənistanın, o cümlədən 2019-cu ildə hökumətin həyata keçirdiyi islahatların nəticəsində kənd təsərrüfatı istehsalçıları üzərində effektiv nəzarəti təmin edə bilmədiyini bir daha təsdiqləyir”, - “Rosselxoznadzor” əlavə edib.