Ru
23:28 / 06 Avqust 2026

Rusiya onun fondunu arzuolunmaz elan etdi

Rusiya onun fondunu arzuolunmaz elan etdi
Eye

Rusiya Baş Prokurorluğu Amerikada yerləşən “İnsan Hüquqları Fondu”nun (“Human Rights Foundation”) fəaliyyətini ölkədə arzuolunmaz elan edib.


"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, bunun səbəblərindən biri bu ilin fevral ayında “Zülm İzləyicisi” “Tyranny Tracker” layihəsinin işə salınması olub. Bu, ölkələrin demokratik dəyərlərə sadiqliyini göstərən interaktiv xəritədir. Rusiya tamamilə avtoritar ölkə kimi qeyd olunur.


Baş Prokurorluq əlavə edib ki, fond Rusiya Silahlı Qüvvələrini ləkələyən məlumatlar yayır və ölkədə artıq arzuolunmaz elan edilmiş digər təşkilatları da dəstəkləyir.

Qeyri-kommersiya təşkilatı olan “İnsan Hüquqları Fondu” 2005-ci ildə təsis edilib. O, dünyada insan hüquqlarını təbliğ edir və qoruyur. 2024-cü ildə Aleksey Navalnının dul yoldaşı Yuliya Navalnaya HRF-in sədri seçilib. O, 13-cü Dünya Şahmat Çempionu və müxalifətçi Harri Kasparovun yerinə keçib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar