Ru
11:33 / 25 Fevral 2026

Rusiya-Gürcüstan sərhədində nəhəng tıxac – Yeganə çıxış yolu Azərbaycandan keçir

Rusiya-Gürcüstan sərhədində nəhəng tıxac – Yeganə çıxış yolu Azərbaycandan keçir
Eye

Şimali Osetiyada yerləşən “Verxniy Lars” keçid məntəqəsində Rusiyadan Gürcüstana keçmək üçün təxminən 2 minədək yük avtomobili növbədə dayanıb.

Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda 1900 yük maşını sərhədi keçmək üçün növbədədir, 1800 avtomobil isə elektron qeydiyyatdan keçib. Nəhəng tıxac güclü qar yağışı səbəbindən yaranıb. Hər iki keçid məntəqəsi hava şəraiti əlaqədar yük maşınları üçün də bağlanıb.

Qeyd edək ki, “Verxniy Lars” keçid məntəqəsi Rusiyadan Gürcüstana qanuni çıxış imkanı verən yeganə quru keçididir. Rusiyadan Gürcüstana getmək üçün başqa variant da var. Bunun üçün Azərbaycandan keçmək tələb olunur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar