Ru
17:05 / 20 Mart 2026

Rusiya hava limanında Bakıdan gələn sərnişin həbs olundu

Rusiya hava limanında Bakıdan gələn sərnişin həbs olundu
Eye

Rusiyanın Orenburq şəhəri hava limanında sərnişinin baqajında “ekstremizm əlamətləri” daşıdığı bildirilən kitab aşkarlanıb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, gömrük əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Azərbaycandan gələn sərnişinin çantasında şübhəli kitab tapılıb.

Samara Gömrük İdarəsinin mətbuat xidmətinin açıqlamasına görə, kitab rus dilinə tərcümə edilərək nəşr olub. Ekspert rəyinə əsasən, həmin kitabda “qeyri-müsəlmanlara qarşı düşmənçilik və nifrətin qızışdırılmasına yönəlmiş ekstremizm əlamətləri” olub.

Sərnişin ifadəsində bildirib ki, kitabı şəxsi istifadə məqsədilə məsciddən alıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar