Ru
18:37 / 13 İyul 2026

Rusiya heç kimə heç nə sübut etməyəcək - Peskov

Rusiya heç kimə heç nə sübut etməyəcək - Peskov
Eye

Rusiya heç kimə heç nə sübut etmək niyyətində deyil.


"Bakupost" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baltikyanı ölkələrin Rusiyaya qarşı demarşını şərh edərkən deyib.

“Hərbi və kəşfiyyat agentliklərimiz dronların haradan və necə uçduğunu görür. Bu, hər kəsə məlumdur və biz heç kimə heç nə sübut etmək niyyətində deyilik. Biz sərhədimizə və daha ucqar bölgələrimizə təhdid mənbələrini yaxından izləyirik”, - o bildirib.

Qeyd edək ki, Latviya, Litva və Estoniya Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu ölkələrin Ukraynaya Rusiyaya zərbələr endirmək üçün öz hava məkanından istifadə imkan verdiyinə dair bəyanatlarını əsassız adlandırıb və Rusiya diplomatik nümayəndəliyinə birgə etiraz notası təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar