Ru
19:00 / 25 Sentyabr 2026

Rusiya Kiyevdə USQ-yə aid data-mərkəzi vurdu

Rusiya Kiyevdə USQ-yə aid data-mərkəzi vurdu
Eye

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbəsi endirib.


“Bakupost” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hücumun əsas hədəfi “Datagroup” məlumat mərkəzi (data-mərkəz) olub.

Bildirilir ki, məhz bu obyekt Ukrayna Silahlı Qüvvələrinin (USQ) maraqları çərçivəsində kəşfiyyat məlumatlarının işlənməsini və operativ şəkildə ötürülməsini təmin edən vacib infrastruktur elementlərindən biri idi.

Hücumun nəticələri və dağıntıların miqyası ilə bağlı digər rəsmi təfərrüatlar hələlik açıqlanmır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar