Ru
21:47 / 19 İyun 2026

Rusiya Körfəz ölkələrinə səfər məhdudiyyətlərini aradan qaldırdı

Rusiya Körfəz ölkələrinə səfər məhdudiyyətlərini aradan qaldırdı
Eye

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Körfəz ölkələrinə səfər etməkdən çəkinməsi ilə bağlı əvvəlki tövsiyələri ləğv edib.


Bakupost TASS-a istinadla xəbər verir ki, qərarın qəbuluna səbəb ABŞ ilə İran arasında hərbi münaqişəyə son qoyulması və Yaxın Şərq bölgəsində vəziyyətin sabitləşməsi olub.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələrinə - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına turist səyahətləri də daxil olmaqla, artıq şəxsi məqsədlər üçün səfər etməkdən çəkinməklə bağlı tövsiyələri qüvvədə saxlamağa ehtiyac görmür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar