Ru
22:24 / 03 Sentyabr 2021

Rusiya MN-in “Dağlıq Qarabağ Respublikası” ilə bağlı rəsmi sənədi - Şok fakt

16719
Rusiya Müdafiə Nazirliyi hərbi şəhərciklər, kazarma və mənzil üçün konkurs elan edib.

Bakupost.az xəbər verir ki, zakupki.gov.rus rəsmi dövlət saytında yerləşdirilən elanda qapalı konkursun 13 avqust 2021-ci ildə elan edildiyi, 16 sentyabr 2021-ci ildə başa çatacağı bildirilib.

Konkursda qaliblərlə 1-31 oktyabr tarixlərində müqavilə imzalanacaq. Rusiya Müdafiə Nazirliyinin sifarişinin dəyəri 151 milyon 414 min rubldur. Bu vəsaitlə Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası” ərazisində hərbi şəhərcik, kazarma və mənzil xidmətləri üçün sifariş verib.

Konkurs üçün materialların çatdırılması ünvanı Ermənistan göstərilib.

Rusiya Müdafiə Nazirliyi nəyə nail olmaq istəyir?

Sifarişçi Rusiya Müdafiə Nazirliyinin öz rəsmi konkursunda fəaliyyət dairəsinin “Dağlıq Qarabağ Respublikası” olaraq göstərməsi, vasitəçi kimi isə Ermənistanı qeyd etməsinin məntiqi odur ki, bu xidmətlər birbaşa Ermənistanla həyata keçiriləcək. Subyekt kimi isə “Dağlıq Qarabağ Respublikası” seçilib.
İlkin ehtimal ondan ibarətdir ki, Rusiya “Dağlıq Qarabağ Respublikası”ndan gələcəkdə baza yerləşdirmək üçün torpaq almağa və burada ilkin infrastruktur həyata keçirməyə çalışır. Ayrılan vəsait yalnız 2022-ci il üçündür və ehtimal ki, digər illərdə də bu “konkurslarla” Rusiya ordusunun Qarabağda yerləşdirilməsinin “hüquqi əsasları” hazırlanır.

Rusiya Müdafiə Nazirliyi niyə 10 noyabr 2020-ci il tarixli bəyanatla sülhməramlı olaraq yerləşdiyi ərazini “Dağlıq Qarabağ Respublikası” kimi qeyd edir? Bu, 4 ildən sonra Azərbaycan ərazilərindən çıxmamaq üçün o torpaqları “Dağlıq Qarabağ Respublikası”ndan aldığı və Rusiya qanunvericiliyinə uyğun hərəkət etməsi ilə bağlı “hüquqi baza” yaratmaqdırmı?

Azərbaycan Rusiya Müdafiə Nazirliyinin heç bir ölkə tərəfindən tanınmayan, “status” danışıqlarına isə 44 günlük müharibə zamanı son qoyulan “Dağlıq Qarabağ Respublikası” adlı qondarma və keçmiş qurumla hər hansı rəsmiləşmə aparmasına niyə etiraz etmir?

Rusiya Müdafiə Nazirliyi faktiki olaraq ermənilərin artıq məğlub olduğunu, Qarabağı boşaltdığını görərək, açıq oyuna başladığı təəssüratı yaratmaqdadır. Belə ki, Rusiya Xankəndinin azad edilməsinə mane olduğu kimi, indi də bütün varlığı ilə Qarabağda yerləşməyə çalışır və bu vaxta qədər ermənilərin əliylə yerləşdiyi Qarabağda hazırda birbaşa oturmaq istəyir. Burada Abxaziya və ya Cənubi Osetiya kimi bir oyun oynamağa hazırlaşdığı göz önündədir.

Təəssüf ki, Azərbaycan XİN və dövlətin olaya münasibəti və baş verənlərlə bağlı heç bir reaksiyası yoxdur.

Elnur,
Bakupost.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər