Rusiya Müdafiə Nazirliyinə bağlı “Mikord” şirkətinin rəsmi saytı haker hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, nşirkətin səhifəsi hakerlər tərəfindən sındırılıb.
Hüquq müdafiəsi layihəsi “İdite Lesom”un rəhbəri Qriqori Sverdlin bildirib ki, hakerlər onunla əlaqə saxlayaraq reestrə aid böyük həcmdə materiallar — texniki və maliyyə sənədləri, eləcə də mənbə kodu göndəriblər. Sverdlin yazıb: “Məlumatların məhv edilməsi və bütün infrastrukturun sıradan çıxarılması səbəbindən reestrin inkişafı ən azı bir neçə ay təxirə salınıb.”
Hazırda “Mikord”un saytı işləmir. Əsas səhifədə yalnız “Saytda texniki işlər aparılır” yazısı göstərilir.
Hakerlər saytda “Vahid hərbi çağırış reyestrinin əsas tərtibatçısının serverləri “hack” olunub, bütün məlumatlar silinib. Mənbə kodu və sənədlər jurnalistlərə təqdim ediləcək və açıq istifadəyə çıxarılacaq. İndi reyestrinizlə birlikdə meşəyə gedin” mesajını qoyublar.
Şirkət hücumu təsdiqləyib, lakin kim tərəfindən edildiyi barədə məlumat açıqlamayıb.
“Mikord” Müdafiə Nazirliyinə bağlı “Elektron çağırış reyestri” layihəsinin hazırlanması və texniki xidmət həyata keçirən əsas podratçılardan sayılır.
Cavid, BakuPost