Ru
12:10 / 20 Avqust 2025

Rusiya “Nuhun gəmisi”ni kosmosa göndərir - İçində siçanlar və milçəklər var

Rusiya “Nuhun gəmisi”ni kosmosa göndərir - İçində siçanlar və milçəklər var
Eye

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) bu gün Qazaxıstandakı Baykonur kosmodromundan "Soyuz-2.1b" raketi ilə "Bion-M №2" kosmik gəmisini orbitə buraxmağı planlaşdırır. Kosmik aparat 30 günlük missiya üçün 75 siçan, 1000-dən çox meyvə milçəyi və bioloji nümunələr daşıyacaq.

Bakupost.az “Daily Galaxy”ə istinadən xəbər verir ki, "Nuhun gəmisi" adlandırılan bu missiyanın məqsədi kosmik uçuşların bioloji təsirləri haqqında məlumat əldə etməkdir. Siçanlar və həşəratlardan əlavə, aparat Ayın səthindəki toz və daşları təqlid edən materiallar daşıyacaq. Yerə qayıtdıqdan sonra kosmik radiasiya və vakuumun onlara təsiri öyrəniləcək.

"Bion-M №2" aparatındakı əsas eksperimentlərdən biri də kosmik radiasiyanın siçanlara təsirini araşdırmaq olacaq. Bu gəmiricilər insanlarla genetik oxşarlığa, qısa ömrə və radiasiyaya yüksək həssaslığa görə seçiliblər.

Siçanlar üç qrupa bölünəcək: birinci qrup Yer üzündə normal şəraitdə yaşayacaq, ikinci qrup Yerdə uçuş şəraiti təqlid olunmuş mühitdə saxlanılacaq, üçüncü qrup isə 30 gün orbit şəraitində qalacaq. Alimlər bu qrupların sağlamlıq və bioloji reaksiyalarını müqayisə edərək nəticələr əldə edəcəklər.

Məqalədə qeyd edilir ki, meyvə milçəkləri də siçanlarla birgə orbitə göndəriləcək ki, müxtəlif mürəkkəblik səviyyəsindəki orqanizmlərin kosmos şəraitinə reaksiyası öyrənilsin.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar