Rusiya nüvə silahını tətbiq etməyə hazırlaşmır.
"Bakupost" xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Avropalılar nüvə isteriyasını qızışdırır, Rusiya isə onları emosiyalarını cilovlamağa və vəziyyətə obyektiv baxmağa çağırır”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Peskov Kalininqradın mühasirəyə alınması durumunda Rusiyanın nüvə silahından istifadə edə biləcəyinə işarə etmişdi.