Ru
22:27 / 23 Oktyabr 2026

Rusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan TƏCİLİ AÇIQLAMA

Rusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan  TƏCİLİ AÇIQLAMA
Eye

Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində yerləşən Oleşki yaşayış məntəqəsi yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-si saat 04:00-dan (Bakı vaxtı ilə saat 05:00-dan) etibarən sükut rejimi elan edir.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generali Valeri Gerasimov məlumat verib.

"Xerson vilayətinin Oleşki kəndi ərazisində aparılan humanitar əməliyyatla əlaqədar olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri Xerson istiqamətində atəşi dayandıracaq və 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə saat 4:00-dan etibarən atəşkəs rejimi tətbiq edəcək", - deyə o vurğulayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar