Ru
18:00 / 04 Mart 2026

Rusiya öz helikopterini vurdu – Ekipaj üzvləri həlak oldu – VİDEO

Rusiya öz helikopterini vurdu – Ekipaj üzvləri həlak oldu – VİDEO
Eye

Rusiyanın Rostov vilayətində hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti zamanı hərbi helikopterin vurulduğu bildirilir.

Bakupost.az Rusiya “Telegram” kanallaırna istinadən xəbər verir ki, hadisə Millerovo rayonunun Dudki kəndi ərazisində baş verib. “Mi-8” tipli hərbi helikopterin qalıqları yerli fermerə məxsus tövlənin üzərinə düşüb. Hadisə nəticəsində helikopterin üç ekipaj üzvü həlak olub.

Fermer media ilə qısa danışığında özü və ailəsinin zərər görmədiyini bildirib və əlavə şərh verməkdən imtina edib. İlkin məlumatlara əsasən, mülki əhali arasında xəsarət alan yoxdur.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib. Lakin daha əvvəl Rusiya yönlü “Z” teleqram kanalları və Ukraynaya yaxın OSINT mənbələri Rostov vilayətində Ukrayna pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərinin işlədiyi vaxt Rusiya helikopterinin vurulduğunu iddia etmişdilər. Hazırda helikopterin düşmə səbəbi araşdırılır.

Rostov vilayəti Ukrayna ilə sərhədə yaxın ərazi olduğuna görə son aylarda pilotsuz uçuş aparatlarının hücumları və hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyəti tez-tez qeydə alınır. Son insident də həmin kontekstdə baş verib. Hadisə ilə bağlı rəsmi təsdiq və əlavə detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar