Ru
15:00 / 07 Oktyabr 2026

Rusiya Qara dənizi iflic edir: Moskvanı kim dayandıracaq?

Rusiya Qara dənizi iflic edir: Moskvanı kim dayandıracaq?
Eye

Rusiya Qara dənizin qərb hissəsində gəmiçiliyi iflic etmək istəyir.

"Bakupost" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Həqiqətən də son günlər Rusiya əsas zərbələri Qara dənizin qərb hissəsilə hərəkət edən gəmilərə endirir. Moskva bu addımını həmin gəmilərin Ukraynaya hərbi ləvazimat gətirməsilə əlaqələndiir. Nəticədə son günlər sözügedən ərazidə Rusiya zərbələri ilə bir neçə gəmi məhv edilib və bu zaman ölən və yaralananlar arasında azərbaycanlılar da var. Son olaraq Qara dənizin Bolqarıstan sahilində iki gəmi hücuma məruz qalıb və onlardan biri batıb.

Prosesin gedişi ondan xəbər verir ki, Kreml sözügedən istiqamətdə məqsədinə çatmaq üçün zərbələri daha da şiddətləndirməkdə israrlıdır.

Hərbi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, Rusiyanın Qara dənizdəki davranışı çarəsizlik və imkansızlıqdan qaynaqlanır.
Onun sözlərinə görə, Rusiyanın Qara dənizin qərb hissəsində gəmiçiliyi iflic edən hərəkətlərinə son qoyması üçün beynəlxalq qurumlar hərəkətə keçərək, Moskvaya çağırış və xəbərdarlıq etməlidir:

“Rusiya müharibənin gedişində istədiyi nəticəni əldə edə bilmədiyindən, başıpozuq hərəkətlərə əl atır. Moskva müharibə aparmır, sadəcə müharibəni öz xeyrinə həll etmək üçün qarşı tərəfə yönəlik şantaj üsulunu seçir. Bu sayaq hərəkət Rusiya rəhbərliyinin 5 il ərzində apardığı faşist ideologiyasının tərkib hissəsidir. Hansı ki, bundan Azərbaycan vətəndaşları da əziyyət çəkir”.

Müsahibimiz əmindir ki, Rusiyanın Qara dənizdəki hərəkətləri Kiyev və Qərb tərəfindən cavabsız buraxılmayacaq:

“Ötən gün Almaniya kansleri Kiyevə səfər zamanı Rusiyanın dron və raket hücumlarının bilavasitə şahidi oldu. Yaxın günlərdə Kiyev Rusiyaya, onun paytaxtına amansız cavab zərbələri endirəcək. Ukraynanın balistik raketləri Rusiya üçün acı nəticələr yaradacaq”.

Ekspert qeyd edir ki, Putin ayılmaq, məsuliyyətini dərk etmək istəmir:

“Düşünür ki, bu kimi hərəkətlərlə hansısa nəticələr əldə edəcək. 5 ildir müharibəni Rusiyanın əsas şəhərləri olan Moskva və Sankt-Peterburqa qədər yaxınlaşdırıb”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar