Ru
16:42 / 10 Sentyabr 2025

Rusiya qəsdən Polşaya hücum edib - Almaniya MN

Rusiya qəsdən Polşaya hücum edib - Almaniya MN
Eye

"Rusiya dronları məqsədli şəkildə Polşaya doğru yönəldilib. Onların Ukraynaya çatmaq üçün bu marşrut üzrə uçması zəruri deyildi”.

Bakupost.az “AFP”-yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius parlament çıxışı zamanı deyib.

“Bunun marşrutun dəyişməsi ilə bağlı texniki səhv və ya bunun kimi bir şey olduğuna inanmağa heç bir əsas yoxdur”, - Boris Pistorius vurğulayıb

Bundan əlavə, Almaniya müdafiə naziri insidenti "çox ciddi" adlandıraraq bildirib ki, bu hal Rusiyanın Avropanın iradəsini test etdiyini göstərir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar