Rusiya qoşunları Ukraynanın Odessa və Çornomorsk limanlarına yük daşıyan daha iki quru yük gəmisini vurub.
"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə yerləşdirilən dəniz gəmilərinə zərbələr endirməyə davam edir. Ukrayna Silahlı Qüvvələri üçün Odessa və Çornomorsk limanlarına yük daşıyan daha iki quru yük gəmisi tranzitdə olarkən hücum dronları tərəfindən vurulub", - deyə məlumatda bildirilir.