Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində bir nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Məlumatına görə, yaralananların sayı 10-a çatıb.
*****
Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.
Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.
Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.