Rusiya Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Binyamin Netanyahunun Moskvanın antisemit onlayn kampaniyada iştirakı ilə bağlı iddialarına reaksiya verib.
"Bakupost" xəbər verir ki, Kremldən verilən açıqlamada qeyd olunur: "Rusiyanın zəngin ortaq keçmişi olan İsrailin Baş nazirinin ölkəmizə qarşı açıq şəkildə səsləndirdiyi bu əsassız ittihamlar bizi çaşdırdı. Rusiya Federasiyasına hansısa antisemit kampaniya aid etmək cəhdləri xüsusilə absurd görünür, çünki İsrail tərəfi yaxşı bilir ki, Rusiya rəhbərliyinin millətlərarası sülh və harmoniyanın möhkəmləndirilməsi siyasəti sayəsində ölkəmizdə antisemitizm təzahürləri praktik olaraq yoxdur".
XİN vurğulayıb ki, bu cür açıqlamaların 18 oktyabrda - Rusiya və İsrailin diplomatik münasibətlərin bərpasının 35-ci ildönümündə verilməsi təəssüf doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, İsrail hökumətinin başçısı 27 oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində kibertəhlükəsizlik üzrə müvafiq mütəxəssislərlə dialoqdansa, media təbliğatını üstün tutub. Bu, Rusiyanın qarşılaşdığı ilk hal deyil. Xatırlayırıq ki, ABŞ prezidentliyinə namizəd Hillari Klinton məşhur "rus hakerlərinin Amerika seçki rosesinə müdaxiləsi" ideyasını fəal şəkildə təbliğ edib və nəticədə bu, açıq-aşkar yalan olub. Rus dilində məşhur bir ifadə var: "günahı xəstə başdan sağlam başın üstünə atmaq". Aydındır ki, dünyanın İsrailə münasibəti ölkə hakimiyyətinin siyasəti ilə müəyyən edilir".