Ru
13:00 / 08 Oktyabr 2025

Rusiyada 3 minə yaxın şəxs vətəndaşlıqdan məhrum edildi

Rusiyada 3 minə yaxın şəxs vətəndaşlıqdan məhrum edildi
Eye

Rusiyada təxminən 3 min nəfərin vətəndaşlığı ləğv olunub.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, 2025-ci il ərzində 2 875 qərar qəbul olunub. Bu qərarlar, əsasən, cinayət məsuliyyətinə cəlb olunan və ya ilkin hərbi qeydiyyata durmaq öhdəliyini yerinə yetirməyən şəxslərlə bağlıdır.

İrina Volk qeyd edib ki, bu il Rusiya vətəndaşlığının dayandırılmasına səbəb olan cinayətlərin siyahısı genişləndirilib.

DİN-in məlumatına görə, həmin şəxslər son illərdə müxtəlif sosial və hüquqi pozuntular törədiblər.

Xatırladaq ki, Rusiya qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə qərarları yalnız “əldə olunmuş vətəndaşlığa” şamil edilir. Yəni bu proses ölkə vətəndaşlığı doğumla deyil, sonradan qəbul edən şəxslərə tətbiq olunur.

Rusiya mediasının – "Vedomosti", "RBC" və "Interfax" agentliklərinin yaydığı məlumata əsasən, DİN nümayəndələri bu istiqamətdə yeni nəzarət mexanizmləri üzərində də işləyirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar